Bu gün

Ataları tərəfindən döyülən uşaqların vəziyyətləri açıqlanıb - RƏSMİ

Ağdamda valideynləri tərəfindən döyüldüyü deyilən iki azyaşlı uşağın vəziyyəti açıqlanıb.

Təhlil.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqladığı məlumata əsasən, ötən gün saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (oğlan) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.

Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.

Pasiyent üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”, - məlumatda bildirilib.

Qeyd edilib ki, 2024-cü il təvəllüdlü azyaşlı (oğlan) isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən, azyaşlıların atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?