Bu gün

İki valyutadəyişmə məntəqəsinin lisenziyası dayandırıldı

Azərbaycan Mərkəzi Bankı “Delta Capital” MMC və “Zuhur” MMC-nin lisenziyasını 1 ay müddətinə dayandırıb.

Təhlil.az xəbər verir ki, qurumdan verilən məlumata əsasən, aparılan yoxlamalar zamanı hər iki şirkətin valyuta mübadiləsi qaydalarını təkrarən pozduğu müəyyən olunub.

Qayda pozuntularının aradan qaldırılması və fəaliyyətin qanunvericiliyə uyğunlaşdırılması üçün məntəqələrə vaxt verilib. 28 avqustdan etibarən hər iki şirkət valyuta əməliyyatları apara bilməyəcək.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?