Dünən
Azərbaycanın media nümayəndələri NATO-nun qərargahına səfər ediblər

Azərbaycanın media qurumlarının nümayəndələri NATO qərargahına səfər ediblər.
Təhlil.az xəbər verir ki, səfər NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə həyata keçirilib.
Jurnalistlər NATO-ya və onun İctimai Diplomatiya İdarəsinə təşkilati dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illiyi ilə üst-üstə düşən builki səfər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.