27 avqust

Xocavənd və Ağdərədəki yanğınlar söndürüldü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Təhlil.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?