26 avqust

Xocavənd və Ağdərə rayonlarında yanğınları söndürmək üçün təxirəsalınmaz tədbirlər görülür

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Təhlil.az Nazirliyin İctimaiyyətlə əlaqə idarəsinin məlumatına istinadla xəbər verir ki, küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də, yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?