26 avqust

İran səfiri Avstraliyadan qovulub

Avstraliya Baş nazir Entoni Albanese deyib ki, Avstraliya kəşfiyyat orqanları İranla Sidney restoranına və Melburn sinaqoquna edilən hücumlar arasında əlaqə qurub.

Təhlil.az xəbər verir ki, bu hadisələrlə əlaqədar olaraq Albanese İran səfirinin ölkədən çıxarılması qərarını açıqlayıb.

"Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı dərin narahatedici nəticəyə gəlmək üçün kifayət qədər etibarlı məlumat toplayıb: İran hökuməti azı iki hücumu birbaşa koordinasiya edib. İran öz iştirakını gizlətməyə çalışsa da, təşkilat bu hücumların arxasında məhz onun dayandığını müəyyənləşdirib”, – deyə baş nazir vurğulayıb.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?