25 avqust
Binəqədidə qaz təchizatı dayandırılıb

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.
Təhlil.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Məlumatda bildirilib ki, bu səbəbdən 25 avqust 2025-ci il tarixində saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb. Hal-hazırda təmir-bərpa işləri aparılır.
Qeyd edilib ki, Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Dünən