25 avqust
Masallıda qazın verilişi dayandırılıb

Masallı rayonunun bəzi ərazilərində qazın verilişi dayandırılıb.
Təhlil.az xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Masallı rayonu Alvadı qaz paylayıcı stansiyasından sənaye obyektlərini qidalandıran orta təzyiqli qaz xəttinin Binə Xocavar kəndi qarşısından keçən hissəsində korroziya nəticəsində yaranmış sızma ilə əlaqədar, qaz verilişi saat 10:40-dan dayandırılıb.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyinizi xahiş edirik",- deyə məlumatda qeyd edilib.
Dünən