Bu gün

Sabah Oğuz və Qaxın bəzi kəndlərində qaz olmayacaq

Sabah Oğuz və Qax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Təhlil.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində "ölcü qovşaqları"nın quraşdırılması məqsədi ilə avqustun 22-də saat 10:00-dan işlər yekunlaşanadək Oğuz rayonu Calut, Bayan və Muxas kəndlərində cəmi 1 421 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Qax rayonu Qaxbaş kəndində payız-qış mövsümünə hazırlıqla əlaqədar d-108 mm-lik qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Qaxbaş kəndində cəmi 204 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?