Bu gün

MİQ üzrə daha min vakant yer təqdim ediləcək

MİQ üzrə müsabiqənin digər mərhələsi avqustun 22-dən həyata keçiriləcək.

Təhlil.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dair jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu mərhələdə azsaatlı vakant yerlər birləşdirilərək təqdim olunacaq. Bunun məqsədi müəllimlər üçün daha yüksək məvacibin verilməsidir:

“Birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır. Bu vakant yerlər müxtəlif regionları əhatə edəcək”.

Trend

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?