Bu gün
Düşənbəyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib

London-Düşənbə marşrutu üzrə uçuş həyata keçirən “NOMAD AVIATION AG” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəbə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş üçün sorğu ünvanlayıb.
Təhlil.az beynəlxalq hava limanının məlumatına istinadla xəbər verir ki, təyyarə yerli vaxtla saat 02:21-də uğurla Bakı aeroportuna eniş edib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək operativlik nümayiş etdirərək və beynəlxalq standartlara uyğun fəaliyyət göstərərək, texniki və fövqəladə hallarda sərnişinlərə və hava gəmilərinə etibarlı dəstək təmin edir.
Bu gün
Bu gün
Bu gün
Bu gün