18 avqust

ANAMA: Ötən həftə 183 mina zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 11-17 avqust tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

Təhlil.az ANAMA-nın məlumatına istinadla xəbər verir ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 153, tankəleyhinə 30 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1362,7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?