14 avqust

Kəlbəcərə dolu yağıb

Avqustun 14-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Balakən-Şəki zonasının bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

Təhlil.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, düşən yağıntının miqdarı Zaqatalada 154 (aylıq normanın 208 faizi), Balakəndə 35 (aylıq normanın 47 faizi), Oğuzda 10, Qaxda (Sarıbaşda) 9, Şəkidə 8, Cəlilabadda 4, İmişlidə 3, Şahdağ, Lənkəran, Qəbələ, Xınalıq, Qobustan, Qrız, Xaltan, Biləsuvar, Astara, Neftçala, Şamaxı, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 2 millimetrədək qeydə alınıb.

Avqustun 13-ü saat 17:30 radələrində Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb.

Lerik, Balakən, Qax, Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?