14 avqust

Ümumi orta təhsil bazasında kolleclərə qəbul olanların qeydiyyatı başlanır

Avqustun 14-ü saat 11:00-dan ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olanlar üçün qeydiyyat prosesinə başlanacaq.

Təhlil.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə qəbul olan şəxslər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?