13 avqust

Ukraynadan Rusiyanın ən böyük neft qovşağına zərbə

Ukrayna PUA-ları Rusiyanın Bryansk vilayətindəki “Uneça” neft stansiyasına hücum edib. Təhlil.az xəbər verir ki, ardıcıl partlayışlar və güclü yanğın NASA peykləri tərəfindən qeydə alınıb.

Bu stansiya “Drujba” kəmər şəbəkəsinin əsas qovşağıdır və ildə 60 milyon ton neft nəql edir. Hücum zamanı həm çən parkı, həm də nasos stansiyası zədələnib.

Ukrayna həmçinin Rusiyanın daha iki neft zavoduna – Volqoqrad və Slavyansk-on-Kubanda zərbələr endirib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?