11 avqust

"Qarabağ" - “Şkendiya” oyunu ilə əlaqədar avtobusların dayanacaq yeri dəyişdirilib

Avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - “Şkendiya” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə bu gün saat 12:00-dan avtobusların girişi məhdudlaşdırılıb.

Təhlil.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına istinadla xəbər vereir ki, xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?