11 avqust

“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə hərəkət tam məhdudlaşdırılacaq

Avqustun 12-də saat 08:00-dan etibarən 10 gün müddətinə Bakı şəhərinin Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Təhlil.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?