11 avqust
Zəngilanda yanğına səbəb olan şəxs saxlanıldı

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Təhlil.az xəbər verir ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.
Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.
Dünən