09 avqust

Ağdərədə ehtiyatsızlıq yanğına səbəb oldu – Şəxs saxlanıldı

Ağdərə rayonunun Dovşanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs saxlanılıb.

Təhlil.az xəbər verir ki,  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, araşdırmalarla yanğının 1983-cü il təvəllüdlü Sənan Əliyevin məişət tullantılarını yandırmaq üçün qaladığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub və o, saxlanılıb. Faktıa bağlı rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.