08 avqust
Qəbələdə prokurorluq əməkdaşları üçün yeni xidməti mənzillər istifadəyə verilib

Bu gün Baş prokuror Kamran Əliyev Qəbələdə prokurorluq işçiləri üçün inşa edilən yeni xidməti mənzillərin təhvil verilməsi mərasimində iştirak edib.
Təhlil.az xəbər verir ki, qurum əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzillər bütün zəruri avadanlıqlarla təchiz olunub və tam yaşayış üçün hazır vəziyyətə gətirilib.
Kamran Əliyev yeni mənzillərə baxış keçirib, yaradılmış şəraitlə tanış olub.
Dünən