08 avqust
Sumqayıtda avtobus qəzası – 1 nəfər xilas edildi

Sumqayıtda avtobus qəzaya uğrayıb.
Təhlil.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə sözügedən hadisə ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İsuzu” markalı sərnişin avtobusu yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Dünən