07 avqust

ADY təmir işləri ilə əlaqədar Abşeron dairəvi marşrutu üzrə bəzi reysləri ləğv edib

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reysləri ləğv edib.

Qurumun bununla əlaqədar məlumatında bildirilib ki, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

“Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik” – deyə, məlumatda qeyd olunub.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?