07 avqust

Şəmkirdəki ağır qəza ilə bağlı rəsmi açıqlama və ölənlərin adları

Baş Dövlət Yol Polisi İdarəsi Şəmkirdə 7 nəfərin öldüyü ağır qəza ilə bağlı açıqlama yayıb.

Təhlil.az xəbər verir ki,  BDYPİ-nin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Baş vermiş ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

Vəfat edən şəxslər aşağıdakılardır:

Şəadət Bayramov (1992)

Bəsti Nəbiyeva (1975)

Aydın Pənahov (1977)

Qızxanım Tomayeva (1962)

Kənan Məmmədov (2008)

Fəxriyyə Novruzova (1978)

Arif Bağıov( 1966)

Xəsarət alan şəxslər:

Şahniyar Pənahova (1975)

Kamran Məmmədov  (1969)

Nərmin Əliyeva (2004)

Məcid Qəribov (1995)

Bəkinaz Gözəlova (1970)

Vəfat edən və xəsarət alan şəxslərin əksəriyyəti Ağstafa rayon Muğanlı kənd sakinləridir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?