07 avqust
ADY: "Abşeron qatarlarında gecikmələr olacaq, anlayışla yanaşın" - XƏBƏRDARLIQ

Hazırda Bakı-Xırdalan istiqamətində qatarların hərəkətində 40 dəqiqəyədək gecikmə müşahidə edilir.
Təhlil.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən verilən məlumatda bildirilir ki, gecikmələr Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədardır.
“Bu gündən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu və rayonlararası istiqamətlər üzrə qatarların hərəkətində qısamüddətli gecikmələr olacaq. Sərnişinlərdən yarana biləcək müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik”.