06 avqust
Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb

Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Təhlil.az Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına istinadla xəbər verir ki, baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Bu gün
Bu gün