06 avqust
Azərbaycan Karate-Do Federasiyasının rəhbəri vəfat edib

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda qəfil vəfat edib.
Təhlil.az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
2023-cü ildən sözügedən federasiyaya rəhbərlik edən Arif Məmmədovun hansı səbəbdən həyatını itirməsi bildirilməyib.
Dünya və Avropa çempionu olan A.Məmmədovun nəşinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, o, daha əvvəl Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədrinin müavini olub.
Bu gün
Bu gün