Dünən
“Qarabağ”ın ÇL və AL pley-off mərhələsindəki potensial rəqibləri məlum olub

UEFA Çempionlar Liqasının, UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Təhlil.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibləri məlum olub.
Ağdam təmsilçisi UEFA ÇL III təsnifat mərhələsini adlasa, pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibinə rəqib olacaq. Qurban Qurbanovun komandası mərhələni adlaya bilmədiyi halda həmin cütün məğlubu ilə UEFA AL pley-off mərhələsində qarşılaşacaq.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda baş tutacaq.