Dünən
Ərdoğan Kiyevə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər etməyi planlaşdırır.
Təhlil.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal müsahibəsində deyib.
O bildirib ki, hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır və səfər Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə baş tutacaq.
"Tərəflər arasında səfərin həyata keçirilməsinə mane ola biləcək çoxlu məsələlər var. Ona görə də onun hazırlanması ciddi səylər tələb edir", - diplomat qeyd edib.
N. Cəlal əlavə edib ki, səfərin əsas mövzusu iki ölkə arasında azad ticarət sazişinin ratifikasiyası ola bilər.