04 avqust

Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir

Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi keçirilir.

Təhlil.az xəbər verir ki, vida mərasimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilir.

Mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.

Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.

Trend

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?