04 avqust
Türkiyədən Qəzza ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış

Türkiyə Xarici İşlər Nazirliyi İsrail nazirlərinin polis müşayiəti ilə Məscidül-Əqsaya basqın etməsini sərt şəkildə qınayıb.
Ankara bu addımı Qüdsün müqəddəs statusuna və Məscidül-Əqsanın toxunulmazlığına qarşı təxribat kimi qiymətləndirib.
Açıqlamada deyilir ki, bu cür hərəkətlər iki dövlətli həllə və bölgədə sülhə ciddi zərbə vurur.
Rəsmi Ankara beynəlxalq ictimaiyyəti İsrailin “işğalçı və sabitliyi pozan siyasətlərinə” qarşı sükuta son verməyə, dərhal atəşkəsin təmininə və iki dövlətli həllə yönələn sülh prosesinə dəstək verməyə çağırıb.