Dünən
ANAMA: Ötən ay 265 mina aşkarlanaraq zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən iyul ayında icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
Təhlil.az ANAMA-nın məlumatına istinadla xəbər verir ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 265, tankəleyhinə 57 mina və 2007 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən ay 7058,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Dünən
Dünən