01 avqust

“Diplomatiya Könüllüləri” qrupuna qəbul başlayıb

Xarici İşlər Nazirliyi (XİN) Nazirliyin nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupuna 2025-2026-cı illər üzrə könüllülərin qəbulunu elan edir.

Təhlil.az XİN-in məlumatına istinadla xəbər verir ki, könüllü sıralarına qoşulmaq istəyən namizədlər üzvlük üçün müəyyən olunmuş tələblərə uyğun şəkildə Nazirliyin rəsmi internet səhifəsindəki elektron xidmət vasitəsilə müraciət edə bilərlər.

Avqustun 15-i müraciətlərin qəbulu üçün son tarixdir.

Müraciətlərin qəbulu yekunlaşdıqdan sonra tələblərə uyğun namizədlərlə seçim prosesinin növbəti mərhələsi üçün əlaqə saxlanılacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?