Dünən
Adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür

Adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Təhlil.аz xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib. “Çünki valideynlər tərəfindən düşünülmədən qoyulan adları sonradan övladları dəyişdirir. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər: "Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət”.
Dünən
Dünən