Dünən

Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Azərbaycan dilinin qorunması və inkişafı məqsədilə 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.

Təhlil.az xəbər verir ki, bu günün təsis olunması Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə rəsmiləşdirilib.

Fərmanda həmin il latın qrafikalı əlifbaya keçidin tam təmin olunduğu və bu hadisənin milli-mədəni həyatımızda mühüm mərhələ olduğu qeyd edilirdi.

Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya salınmasına nail olmuşdu.

Bu, o dövr üçün böyük milli-siyasi uğur idi. Müstəqillikdən sonra isə dilin inkişafı ilə bağlı bir sıra mühüm sənədlər imzalandı. 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Əlifba və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar, ana dilinin qorunmasına yönəlik siyasi iradənin göstəricisi oldu.

Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək dilin tətbiqi və tədrisinə dair bir sıra sərəncamlar imzalayıb. Onların sırasında 2004-cü ildə latın qrafikalı nəşrlərlə bağlı sərəncam, 2007-ci ildə klassik dünya ədəbiyyatının tərcüməsinə dair sənəd, eləcə də 2013 və 2018-ci illərdə dilin qloballaşma dövründə inkişafı və saflığının qorunması ilə bağlı dövlət proqramları və fərmanlar xüsusi əhəmiyyət daşıyır.

2024-cü ilin sentyabrında Bakıda keçirilən Türk Dünyası Ortaq Əlifba Komissiyasının iclasında isə 34 hərfdən ibarət latın əsaslı ortaq türk əlifbası üzərində razılıq əldə olunub. Bu layihə türk xalqları arasında ortaq yazı ünsiyyətini və mədəni inteqrasiyanı gücləndirmək məqsədi daşıyır.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?