Dünən

Zamir Karajanov: “Aktau faciəsinin səbəbləri araşdırılmalı, təzminat ödənilməlidir” - RƏY

Qazaxıstan 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsinin faciəvi hadisəsini qərəzsiz və şəffaf şəkildə araşdırmaqda qərarlıdır.

Bu barədə təhlil.az saytına qazaxıstanlı siyasi müşahidəçi və beynəlxalq təhlükəsizlik məsələləri üzrə ekspert Zamir Karajanov məlumat verib.

O bildirib ki, Qazaxıstan tərəfi bu məsələdə heç bir tərəfi müdafiə etmir və obyektiv istintaq üçün bütün zəruri prosedurların təmin ediləcəyinə zəmanət verir:

“Qazaxıstanın mövqeyi ondan ibarətdir ki, bu faciəli hadisənin araşdırılması tam şəffaf və ədalətli şəkildə aparılmalıdır. İstintaqa müstəqil ekspertlərin cəlb olunması və bütün faktların ictimaiyyətə açıq şəkildə təqdim olunması əsas prinsiplərimizdir.”

Onun sözlərinə görə, qəzaya dair ilkin materiallar artıq ictimaiyyətə açıqlanıb. Bunlara səs yazıları, texniki qeydlər və təyyarənin qara qutusundan götürülmüş məlumatlar daxildir.

Ekspertin fikrincə, qəzanın səbəbi olaraq bir neçə versiya istintaq çərçivəsində nəzərdən keçirilir:

“Ehtimallardan biri odur ki, hadisəyə Ukraynaya məxsus pilotsuz təyyarənin partlaması səbəb olub. Digər versiyaya görə, Rusiya istehsalı zenit-raketinin təsiri nəticəsində təyyarənin gövdəsində zədələnmə baş verib. Lakin hadisənin Rusiyanın hava məkanında qeydə alınması faktı mülki hava təhlükəsizliyinə görə məsuliyyətin həmin tərəfə aid olduğunu göstərir.”

Zamir Karajanov qeyd edib ki, Qazaxıstan bu məsələdə heç bir təzyiq və ya siyasi manipulyasiya ilə razılaşmır və yalnız real, texniki əsaslandırılmış faktlara əsaslanacaq:

“Biz tərəf tutmuruq və yalnız obyektiv faktlara əsaslanaraq nəticə çıxaracağıq. Təyyarə qəzaları mülki aviasiyada istisna deyil. Bu səbəbdən əsas məsələ qəzanın səbəblərini dürüst müəyyənləşdirmək, nəticələrə görə üzr istəmək və təzminat mexanizmlərini işə salmaqdır”.

Rasim Babayev

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?