Dünən
Memarlıq ixtisası üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı apellyasiya təşkil ediləcək

İyulun 28-dən 31-dək 40-cı qabiliyyət imtahanı komissiyası üzrə rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.
Təhlil.az Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən xəbər verir ki, apellyasiya komissiyası avqustun 1-də saat 09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə binaya yaxınlaşıb ərizə yazmalıdırlar.
Bu gün
Bu gün
Bu gün