Azərbaycan Premyer Liqasına yüksələn klublara hansı güzəştlərin ediləcəyi bəlli olub

AFFA İcraiyyə Komitəsinin bu il martın 14-də keçirilmiş iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar yuxarı dəstəyə yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı detalları açıqlayıb.
Təhlil.az milli assosiasiyanın məlumatına istinadla xəbər verir ki, qərara əsasən, son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən I Liqadan elitaya yüksəlmiş “Karvan-Yevlax” və “İmişli” klublarının nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilib (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə).
Bundan başqa, həmin klubların U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.
Qeyd edək ki, bu qərarlar ötən mövsümün sonunda yüksək liqaya vəsiqə qazanan “Qəbələ” klubuna şamil olunmur. Çünki “qırmızı-qaralar” yalnız ötən mövsüm Premyer Liqada iştirak etməyib və 1 illik fasilədən sonra elitaya qayıdıb.