Dünən

Son 4 ildə MİQ müsabiqəsində 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib

Son 4 il ərzində faktiki yaşayış yerinin uyğun olmaması səbəbindən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə 1867 nəfər namizəd uğur qazandığı vakansiyadan imtina edib.

Təhlil.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, MİQ-də namizədlərin faktiki yaşayış yerinə uyğun olaraq yerləşdirilməsinə üstünlük verilməsi müəllimlərin işə daha tez adaptasiya olmasına, kadr dövriyyəsinin azalmasına və sosial rifahın, xüsusilə də müəllimlərin həyat və iş şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?