25 iyul
Xalq artisti Arif Babayevin son vəziyyəti ilə bağlı - AÇIQLAMA

Xalq artisti, professor Arif Babayevin son vəziyyəti açıqlanıb.
Təhlil.az xəbər verir ki, Mərkəzi Klinikanın Mətbuat xidmətinin məlumatına görə, Xalq artisti Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya gətirilib.
“Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hal-hazırda reanmasiya şöbəsində müalicəsi davam edir”, - deyə, məlumatda bildirilib.
Xatırladaq ki, Xalq artisti Arif Babayev 23 iyul tarixində kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.
Dünən