25 iyul
Biləsuvar, Cəlilabad və Lənkəranda işıqlar sönəcək

Bu gün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində planlaşdırılan təmir və yenidənqurma işləri ilə əlaqədar bir sıra kənd və qəsəbələrdə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Təhlil.az xəbər verir ki, Biləsuvarda Arazbarı, Nərimankənd və Səmədabad kəndlərinə saat 10:00-dan 11:00-dək, Cəlilabadda isə Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Moranlı, Şükürlü və digər kəndlərə saat 08:00-dan 12:00-dək enerji verilişi dayandırılacaq.
Göytəpə şəhərinin bir hissəsi ilə yanaşı Ağdaş, Həziabad, Privolnoye və ətraf yaşayış məntəqələri saat 12:00-dan 16:00-dək işıqsız qalacaq.
Lənkəranda isə Gərmətük, Hirkan, Xanbulan, Siyavar və digər kəndlərə saat 10:00-dan 12:00-dək enerji verilməyəcək.
Dünən