24 iyul

Odessada gəmi minaya düşüb, həlak olanlar var

Ukraynanın Odessa vilayətində dibdərinləşdirən gəmi minaya düşüb, üç nəfər həlak olub. Təhlil.az xəbər verir ki, bu barədə "Ukrayna Dəniz Limanları İdarəsi" məlumat yayıb.

Hadisə iyulun 23-də axşam saatlarında baş verib. "Gəmi 11 nəfərlik heyətlə planlı dibdərinləşdirmə işləri aparmaq üçün "Bıstroe" mənsəbində idi. Partlayış nəticəsində üç nəfər həlak olub. Heyətin digər üzvləri hazırda xəstəxanadadır, onlara bütün lazımi tibbi yardım göstərilir", - məlumatda bildirilib.

Hadisə yerində müvafiq xidmətlər işləyir. Təfərrüatlar dəqiqləşdirilir. Mənsəb vasitəsilə keçid müvəqqəti olaraq bağlanıb, gəmilər Sulin kanalı vasitəsilə yönləndirilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?