Dünən

Himalay Məmişov maliyyə nazirinin müavini təyin edilib

Prezident İlham Əliyevin Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin olunub.

Təhlil.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verir.

Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.