Dünən

Gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8 milyard manatı ötəcək

Növbəti ildə Azərbaycanın müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard manatı ötəcəyi proqnozlaşdırılır

Təhlil.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, funksional təsnifat üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5,6 milyard manat (xüsusi çəkisi 13,3 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8,1 milyard manat (xüsusi çəkisi 19,2 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3,4 milyard manat (xüsusi çəkisi 8,0 faiz), təhsil xərclərinə 5,1 milyard manat (xüsusi çəkisi 12,0 faiz), səhiyyə xərclərinə 2,1 milyard manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 5,1 milyard manat (xüsusi çəkisi 12,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 586,9 milyon manat (xüsusi çəkisi 1,4 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 375,3 milyon manat (xüsusi çəkisi 0,9 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1180,6 milyon manat (xüsusi çəkisi 2,8 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 424,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz), iqtisadi fəaliyyət xərclərinə 8918,8 milyon manat (xüsusi çəkisi 21,1 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 1411,8 milyon manat (xüsusi çəkisi 3,3 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.

Beləliklə, yenilənmiş makroiqtisadi proqnozlara əsasən qeyri-neft/qaz gəlirlərinin artımı və büdcə qaydası üzrə təklif olunan trayektoriya əsasında genişlənmiş ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqram”nın, digər dövlət proqramlarının və dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.

trend.az