Dünən

Əhaliyə şad xəbər: istilik təminatı kəsilməyəcək

Soyuq günlərdə mövcud hava şəraiti nəzərə alınmaqla Azəristiliktəchizat ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək və beləcə, istilik təminatı daha bir neçə gün davam edəcək.

Təhlil.az xəbər verir ki, bu sözləri ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

Qeyd edək ki, qanunvericiliyə görə, Bakıda və aran rayonlarında istilik mövsümü 15 apreldə başa çatır.

Bakıda hava temperaturunun ən azı 18 aprelə qədər iqlim normasından aşağı olacağı gözlənilir.