Dünən

Yüzmilyonlarla manatlıq maliyyə pozuntuları

Hesablama Palatasının kollegiyası tərəfindən 83.4 milyon manat hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natural şəkildə bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində qərar qəbul olunub.

Təhlil.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2024-cü ildə fəaliyyətinə dair hesabatında deyilir.

21.2 milyon manat hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində birbaşa tədbirlər müəyyənləşdirilib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.

8.7 milyon manat hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları qeydə alıb ki, bu onların məbləği 461.6 milyon manata bərabər olub.