Dünən
Əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə dəstək, qayğı dövlətin diqqət mərkəzində olan əsas məsələlərdəndir.
Təhlil.az xəbər verir ki, növbəti dəfə bir sıra əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri yeni mənzillərlə təmin olunacaq.
Məlumata əsasən, bu şəxslər üçün Ağstafa rayonunda 3 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı mənzillər satın alınacaq.
Belə ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində müvafiq işlərə başlanılıb.
Agentlik sözügedən işlərin 844,5 min manata başa gələcəyini ehtimal edir.
Bu gün
Bu gün