Dünən
Hava şəraitinə görə, qatarlar gecikə bilər - RƏSMİ

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə Bakı və regionlarda müşahidə edilən küləkli-yağışlı hava şəraitinə görə bəzi sahələrdə qatarların sürət həddi endirilib. Bu səbəbdən Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
Təhlil.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumatda hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmaq tövsiyə edilir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmaq xahiş edilir.
Bu gün
Bu gün