15 oktyabr

Xalq artisti reanimasiyaya yerləşdirilib

Xalq artisti Zaur Rzayev reanimasiyaya yerləşdirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"1952-ci il təvəllüdlü sənətçi Z.Rzayev Mərkəzi Neftçilər Xəstəxanasındadır.

O, oktyabrın 14-də saat 21:30 radələrində xəstəxananın Qəbul şöbəsinə hospitalizasiya edilib. Pasiyentə qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları qoyulub.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir",- deyə qurumdan bildirilib.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də də xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulmuşdu. Sonradan evə buraxılan sənətçinin ailəsi müalicəsinin ev şəraitində davam etdiyini açıqlamışdı.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?