02 oktyabr
Sumqayıtda məktəbdə zəhərlənənlərin sayı 21-ə çatdı

Sumqayıtda 36 nömrəli tam orta məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:20 radələrindən başlayaraq 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.