Bu gün

Beşyaşlıların məktəb seçimi bu gün başa çatır

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçimi bu gün saat 18:00-da başa çatır.

Təhlil.az xəbər verir ki, qeydiyyat  “mektebeqebul.edu.az” portalı üzərindən aparılır.

Qeyd edək ki, məktəbəhazırlıq qrupları üçün məktəb seçimi 21 iyulda başlamışdı.

Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.